İrevan Tv
CANLI TV

Mədəniyyət
04 May 2024
1

Bakıda Xalq artistinin Birinci Beynəlxalq Opera Festivalı keçirildi



 

Xalq artisti Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xarici opera sənəti ulduzlarının, Respublikamızın Xalq və Əməkdar artistlərinin, solistlərinin iştirakı ilə "Klassik musiqi gecəsi"nin təntənəli bağlanış konserti baş tutub.


Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə keçirilən klassik musiqi festivalı aprelin 27-dən mayın 3-dək davam edib. 


İrevantv.com bildirir ki, yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunub.


Konsert proqramları hər iki şəhərin sakinləri tərəfindən maraq və anşlaqla qarşılanıb.