Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar rəsm sərgisi keçirilib
Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunan “Səttar Bəhlulzadə yaradıcılığı uşaqların gözü ilə” rəsm sərgisi başa çatıb.
İrevantv.com Azertac-a istinadən xəbər verir ki, sərgi S.Bəhlulzadənin ev-muzeyi və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə mərkəzin "Dekorativ rəsm" dərnəyinin üzvlərinin Səttar Bəhlulzadə yaradıcılığına həsr olunmuş mənzərə, natürmort, portret janrında çəkdikləri 13 rəsm işi nümayiş olunub.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova qonaqları salamlayaraq sərginin görkəmli fırça ustasının 115 illiyi ilə əlaqədar il ərzində keçiriləcək tədbirlər silsiləsindən biri olduğunu qeyd edib, ustad rəssamın yaradıcılığının hər zaman uşaqlar üçün örnək olduğunu vurğulayıb.
Dərnəyin rəhbəri Aytən Bəylərzadə çıxış edərək gənc rəssamların sərgiyə hazırlıq prosesi və iştirakından danışıb.
Tədbirin bədii hissəsində mərkəzin istedadlı uşaqları musiqi nömrələri ilə çıxış edib. Sərginin yekununda gənc rəssamlar diplomlarla təltif olunub.
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
Prezident İlham Əliyev yeni fərman imzaladı
Bakıda Xalq artistinin Birinci Beynəlxalq Opera Festivalı keçirildi
Gənc bioloqlar “Biz irəlidəyik” şüarını praktiki olaraq tətbiq etdi
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
D vitamini orqanizmi xərçəngdən qoruyur - araşdırma