İrevan Tv
CANLI TV

Mədəniyyət
06 May 2024
1

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib



 

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.


İrevantv.com AZƏRTAC-a  istinadən bildirir ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.


Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.