Kreditlə bağlı mühüm YENİLİK: Zamin tələbi LƏĞV OLUNUR?
Ölkəmizdə yeni sığorta növü tətbiq olunacaq. Belə ki, yaxın gələcəkdə istehlak kreditləri sığortalanacaq. Bunun faydası odur ki, istehlak krediti götürmüş şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, o zaman onun bank qarşısında öhdəliyini sığorta şirkəti qarşılayacaq.
Amma son günlər sosial şəbəkələrdə və bəzi KİV-də belə məlumat yayılıb ki, istehlak kreditlərinin sığortalanması bank tərəfindən zamin tələbini aradan qaldıracaq.
Bu, nə dərəcədə realdır?
Məsələ ilə bağlı Bizim.media-ya danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, zaminin tələb olunması bankların verdiyi qərardır:
"Yəni banklar istəsələr, zaminsiz də kredit təklif edə bilərlər. Ona görə də zamin tələbi məcburi xarakter daşımır. Amma banklar riskləri sığortalamaq üçün zamin tələb edirlər. Bəzi hallarda zaminsiz kredit verməyə maraq göstərmirlər. Bu mənada istehlak kreditlərinin sığortalanması zamin tələbinə müəyyən təsir göstərəcək.
Amma bu, krediti bilərəkdən ödəməmək hallarının sığortalanması anlamına gəlmir.
Kredit götürən şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, bu zaman sığorta mexanizmi işə düşə bilər. Amma kreditin sığortalanması o anlama gəlmir ki, kimsə sabah götürdüyü krediti ödəməsə, onun əvəzindən sığorta şirkəti borcu qapadacaq. Belə bir hal baş verməyəcək. Doğrudur, sığorta zaminə tələbi azaltsa belə, bankların zamin tələb etməsi yenə mümkündür".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Deputat: "Dövlət hesabına yeni iş yerləri açılacaq"
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR