İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
“İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir”.
Bunu Sunja Şəhər Şurasının sədr müavini Adam Kalimatov bildirib.
Onun sözlərinə görə, İnquşetiya hökuməti yaxın iki ildə stansiyanın fəaliyyətini bərpa etməyi planlaşdırır.
“Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir”, - deyə o əlavə edib.
Kalimatov Sunjadakı dəmiryol stansiyasının qonşu Çeçenistanda döyüşlərdən əvvəl mövcud olduğunu, sonradan stansiyanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.
“Stansiya hələ də Rusiya Dəmir Yollarının balansındadır. Onlar stansiyanı iki il ərzində, 2026-cı ilə qədər yenidən bərpa edəcəklərinə söz veriblər. Onun işə salınması ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq”, - deyə şəhər şurasının nümayəndəsi bildirib.
Mənbə: İnterfaks (Rusiya)
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiqlənib
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq