Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
“Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətləndirilməsini təmin edib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi”nin imzalanması zamanı SOCAR-ın bu ölkədəki fəaliyyəti və gələcək planlarına toxunarkən bildirib.
Onun sözlərinə görə, gələn aylarda “Petkim”in yenilənməsi layihəsinə start verilə bilər: “Bu istiqamətdə bizə dəstək verən bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu, indiyə qədər reallaşdırılan layihələrlə yanaşı Türkiyə iqtisadiyyatına ən böyük sərmayə olacaq”.
Nazir bildirib ki, Türkiyə bazarının dayanıqlı şəkildə enerji ilə təminatı, eyni zamanda bölgələrin enerji ehtiyacının təmin edilməsində, Türkiyə dövlətində yaradılmış şəraitə və hüquqi mühitə görə SOCAR bir çox sərmayələri həyata keçirib:
“Belə bir sərmayənin həyata keçirilməsi Türkiyə iqtisadiyyatında gedən sabitləşmə proseslərinin bir nəticəsidir. Bu bir daha göstərir ki, sərmayəçilər Türkiyə iqtisadiyyatındakı imkanları görür, dəyərləndirir. Biz böyük məmnuniyyətlə bu yolu davam etmək niyyətindəyik”.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Neftçilərə yeni mənzillər təqdim edildi
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO