Ləğv prosesində olan bankın əmanətçilərinin DİQQƏTİNƏ - Son 11 gün
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Bankın ləğvedicisi təyin edilib.
ƏSF xəbər verir ki, “Günay Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilib.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən, “Günay Bank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət bu ilin mayın 26-da bitir. Bildirilir ki, kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilir.
“Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”, - məlumatda deyilir.
Qeyd edilir ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək “Günay Bank” ASC-nin 2200 əmanətçisinə 34 milyon 248 min 697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97,45%-i) kompensasiya ödənişi həyata keçirilib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN