Eyni mənzilin bir neçə nəfərə satılma problemi aradan qalxır
Mənzil tikinti kooperativləri (MTK) mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər. Bu, evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması ilə bağlı hazırlanan yeni normativ hüquqi sənədlərdə nəzərdə tutulub.
Mövzu ilə bağlı xezerxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumi sahəsi böyük olan mənzillərin satışında problem olduğundan MTK-lar həmin yaşayış mənzillərini bölərək satır:
"Bu isə çıxarış almaq istəyərkən problemlər yaradır. Daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sistemi bütün növ əməliyyatların tam elektronlaşdırılması və elektron qaydada həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən bildirilib ki, əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək.
Elnur Fərzəliyevin sözlərinə görə, portalda mənzilin hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək.
Ekspert qeyd edib ki, yeni sistemlə eyni mənzilin bir neçə şəxsə satılmasının da qarşısı alınacaq:
"Bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanacaq və ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək".
Ətraflı süjetdə:
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Bakıda dəyəri 20 min manatdan yuxarı ev alanda gəlirin mənbəyi soruşulur? - VİDEO
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Neftçilərə yeni mənzillər təqdim edildi
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? - VİDEO
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi