Mərkəzi Bankda səkkiz yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin ediliblər.
"Report" xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətiriliblər. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.
Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin ediliblər.
Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.
Murad Məmmədov AMB-nin İstehlakçılarla iş departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Xəyal Babayevi əvəzləyib.
Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov vəzifələrindən azad ediliblər. Onların yerinə hələ ki, təyinat olmayıb. R.Tahirov isə Maliyyə sektorunun dayanıqlı inkişaf departamentinə direktor təyin edilib.
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Mərkəzi Bankda yeni TƏYİNAT
Mərkəzi Bankda YENİ TƏYİNAT
Mərkəzi Bankda yeni TƏYİNAT
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Maaşlar arta bilər?
Yunis Rzayevin anadan olmasının 100 illiyi qeyd olunacaq
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər