Azərbaycan və Türkiyə "Şahdəniz"dən qaz tədarükünün uzadılmasına dair saziş imzalayıb
Azərbaycan və Türkiyə "Şahdəniz" yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycan qazının tədarükünün uzadılmasına dair saziş imzalayıb.
"Report" xəbər verir ki, sənəd 2025-2028-ci illəri əhatə edəcək.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator - 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (21,02 %).
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Ərdoğan Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi təsdiqləyib
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezident təsdiqlədi: Bəzi şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər