İrevan Tv
CANLI TV

İqtisadiyyat
05 İyun 2024
0

Mikayıl Cabbarov Harri Kamian ilə görüşdü



 

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.


Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında yazıb.


"Görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.


Ölkəmizin 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik" ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq", - deyə nazir qeyd edib.