İrevan Tv
CANLI TV

İqtisadiyyat
06 İyun 2024
6

Mikayıl Cabbarov bp ilə Azərbaycanda dayanıqlı enerji mənbələrinə keçidi müzakirə edib



 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.


Oxu.Az xəbər verir ki, görüşdə bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğu ifadə edilib.


Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.