İrevan Tv
CANLI TV

İqtisadiyyat
08 İyun 2024
5

Almaniyada Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb



  

Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.


Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.


İmzalanma mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər.


Mərasimdən sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb.


Bildirilib ki, hazırda Azərbaycanda tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və sairə olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.