Unun qiymətinin dalğalanması fonunda Dövlət Xidmətində istehsalçılarla görüş keçirilib
Azərbaycan unun qiyməti istehsalçılarla müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır.
Lakin son vaxtlarda unun topdansatış qiymətlərində müşahidə olunan dalğalanmalar və unun istehlak bazarında strateji məhsul olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati binasında xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri ("Karat Holdinq" MMC, "Karmen" MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, "Dəvəçi Dəyirman" MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib.
Bildirilib ki, görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.
Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Kəmaləddin Heydərovdan TƏYİNAT
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi