İrevan Tv
CANLI TV

İqtisadiyyat
12 İyun 2024
2

Azərbaycan və Albaniya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib



 

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.


Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.


Bildirilib ki, nazir Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüş keçirib.


Görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu ilin mart ayında Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında Saziş ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, ətraf mühit və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib. İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlil edilməsi və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.


Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.