Dövlət Vergi Xidmətində yeni təyinat olub
Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb.
E.Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini olub.
O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.
2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.
2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
İlham Əliyev bəzi şəxsləri təltif etdi
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Mərkəzi Bankda yeni TƏYİNAT
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Mərkəzi Bankda səkkiz yüksək vəzifəyə TƏYİNAT
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Unun qiymətinin dalğalanması fonunda Dövlət Xidmətində istehsalçılarla görüş keçirilib
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI