Astarı üzündən baha başa gələn "Trendyol": Qiymətlər kəskin ARTIB
Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar olunur. Hətta bir neçə geyimin çatdırılmasına 40 manat pul verildiyi bildirilir. Qeyd edilir ki, çatdırılma xidmətinin qiyməti geyimlərdən daha çoxdur.
Bəs görəsən, qiymətlərin bahalaşması nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, iqtisadiyyatda hər hansı bir məhsulun yekun qiymətinin formalaşdırılması üçün onu əmələ gətirən xərclər önəmli faktorlardan biridir:
"Əgər məhsulu əmələ gətirən, onun realizə olunmasında çəkilən xərclər yüksəkdirsə, həmin məhsulun yekun qiymətində də həqiqətən fərqlər müəyyən olunacaq. Bu, "Trendyol" platforması belədir. Hər hansı bir istiqamət üzrə qiymətlərdə artım müşahidə olunursa, o yekun tarifə də öz təsirini göstərəcək".
Ekspert qeyd edib ki, hər hansı bir məhsulun qiymətinin realizə edilməsində çəkilən xərclər artırsa, yekun qiymətə də təsirini göstərəcək:
"Artıq daşınma prosesi əvvəlkindən iki-üç dəfə baha olduğu üçün yeni tariflər tətbiq olunur. Bu iqtisadiyyatın qanunauyğunluğudur".
Məsələ ilə əlaqədar Oxu.Az olaraq "Trendyol Azərbaycan" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən yeni bir qərar olmadığı bildirilib.
Xatırladaq ki, bir neçə ay öncə Türkiyənin məşhur onlayn alış-veriş şirkəti "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi etmişdi. Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. Dəyişikliyə əsasən 79.99 türk lirəsi (4.23 AZN) hesablanan çatdırılma xidməti, 199.99 türk lirəsi kimi (10.63 AZN) hesablanırdı.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb
Kartda olan pullarımızı necə qoruyaq?
İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI