D vitamini orqanizmi xərçəngdən qoruyur - araşdırma
D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.
İrevantv.com Oxu.az-a istinadən xəbər verir ki, Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.
Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.
Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında "Bacteroides fragilis" bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Bakıda Xalq artistinin Birinci Beynəlxalq Opera Festivalı keçirildi
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
UEFA-dan AVRO-2024 ilə bağlı yeni qərar
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"
Dünyanın ən böyük 50 adası - SİYAHI