İrevan Tv
CANLI TV

Maraqlı
07 May 2024
3

ChatGPT gözləntiləri doğrultmadı - Səhv diaqnoz qoydu



 

Amerikalı kardioloqlar ChatGPT çatbotunun ürək xəstəliyi riskini qiymətləndirmə bacarığını təhlil ediblər. Amma nəticə ürəkaçan olmayıb.


İrevantv.com bildirir ki, araşdırmanın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.


Vaşinqton Dövlət Universitetinin ( ABŞ ) alimləri  OpenAI-nin çatbotundan istifadə edərək ürək xəstəliyi riskini müəyyən etməyə çalışıblar. Xidmət vasitəsilə on minlərlə simptom təsvirini analiz etdikdən sonra mütəxəssislər çatbotun səvhlərə yol verdiyini və əldə olunan nəticələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini müşahidə ediblər. 


Belə ki, ürək xəstəliyinin ən mühüm simptomu sinə ağrısı hesab olunur. Həkimlər bu kimi göstəricilərə əsasən potensial riskləri nəzərdən keçirir və xəstəliklərə diaqnoz qoyurlar. Ancaq tətbiq araşdırma zamanı tez-tez eyni xəstələri fərqli qiymətləndirib. Qeyd olunub ki, bu, çatbotun hazırkı versiyasında təyin olunan təsadüfilik səviyyəsi ilə bağlı ola bilər.


Eyni zamanda, alimlər süni intellekt (AI) vasitələrinin tibbdə faydalarına hələ də inandığını bildirib.