Ed Milibend: "Britaniya COP29-un uğurla keçməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazırdır"
"İqlim dəyişikliyinin qarşısının alınması və planetin yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inanıram".
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və xalis sıfır emissiyalar üzrə dövlət katibi Ed Milibend Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib.
Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT