İrevan Tv
CANLI TV

Siyasət
30 İyul 2024
5

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"yə dəyişiklik edildi



 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


President.az-ın xəbərinə görə, əsasnaməyə aşağıdakı dəyişikliklər edilir:


"1. 3.1.4-cü, 3.1.24-cü, 3.1.38-3.1.40-cı, 3.1.43-3.1.45-ci, 3.1.51-ci, 3.1.53-cü, 3.1.54-cü və 3.1.57-ci yarımbəndlərdən "tabeliyindəki qurum vasitəsilə" sözləri çıxarılsın.


2._3.1.42-ci, 3.1.48-ci, 3.1.49-cu, 3.1.52-ci və 3.1.55-ci yarımbəndlərdən "strukturuna daxil olan qurum vasitəsilə" sözləri çıxarılsın".


Qeyd edək ki, dəyişikliklərin edildiyi 3-cü maddə agentliyin vəzifələrini ehtiva edir.