Elçin Əmirbəyov bir sıra ABŞ və BMT rəsmiləri ilə görüşlər keçirib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, E.Əmirbəyov ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, Mərkəzi Asiya məsələləri üzrə ofisin direktoru Brayan Stimmler, müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper və Nebraskadan seçilmiş senator Pit Riketts ilə görüşüb.
Tərəflər Azərbaycan-ABŞ gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesində işlərin cari vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparıblar.
Həmçinin, qeyd olunan məsələlər Elçin Əmirbəyovun BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini (UNDPPA) Rozmari Dikarlo ilə görüşündə də müzakirə mövzusu olub.
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə görüşüb - FOTO
Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Makron və Paşinyanın Azərbaycan Prezidentinə uduzduqları məqam