İrevan Tv
CANLI TV

Siyasət
02 Avqust 2024
3

Növbədənkənar parlament seçkisində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb



 

Növbədənkənar parlament seçkisində 481 nəfərin namizədliyi qeydə alınıb.


"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.


O qeyd edib ki, ümumilikdə 1489 nəfər namizədlik üçün müraciət edib.


"Onlardan 459 nəfər 25 siyasi partiyadan irəli sürülüb, 1 029 nəfər isə fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib", - deyə o bildirib.