İrevan Tv
CANLI TV

Siyasət
07 Avqust 2024
5

Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər



 

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.


İrevanTv-in TASS-a istinadən məlumatına görə, bu barədə Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində keçirilən görüşləri şərh edərkən jurnalistlərə bildirib.


Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.


"Məsələlərin geniş spektri - ilk növbədə Cənubi Qafqazda təhlükəsizlik, İrəvana təqdim edilən sülh sazişi, Qərbin bu prosesə müdaxilə etmək üçün çox fəal cəhdləri müzakirə olundu", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.


Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə "Şimal-Cənub" dəhlizi də müzakirə olunub.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.