Elçin Əmirbəyov: "Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir"
"Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır".
"Report" xəbər verir ki, bunu "Azadlıq" radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
"Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək. Biz əmin olmaq istəyirik ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir", - E.Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini həll etməyə razılaşıb.
"Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik", - o qeyd edib.
Elçin Əmirbəyov bir sıra ABŞ və BMT rəsmiləri ilə görüşlər keçirib
Elçin Əmirbəyov: "Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ləngiyir"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
Elçin Əmirbəyov: "İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir"
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
ABŞ-dan Azərbaycanla bağlı yeni bəyanat
Prezident İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İrəvan Bakı ilə razılaşdı: Kommunikasiyalarla bağlı bənd sülh müqaviləsindən çıxarılacaq
Qərbi Azərbaycan İcması bəyanat yaydı
İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar