Prezident İlham Əliyev İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, başsağlığında deyilir:
"Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladım.
Hacı İsmayıl Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına sanballı töhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində çoxillik məhsuldar fəaliyyətinə görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Hacı İsmayılın dini dözümlülük və tolerantlıq, dinlərarası və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinin inkişafı istiqamətində geniş dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da dərin hörmət qazandırıb.
Hacı İsmayıl ilə görüşləri və söhbətləri, xüsusən bu ilin mayında Bakıdakı sonuncu görüşü həmişə böyük səmimiyyətlə xatırlayıram. İsmayıl Əliyeviçin nurlu xatirəsi qəlblərimizdə daim yaşayacaq.
Sizə səmimi-qəlbdən başsağlığı verir və bu ağır itki ilə əlaqədar ağrı-acınızı bölüşür, sizinlə birlikdə kədərlənirəm.
Allah rəhmət eləsin!"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub
İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verdi
İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi