İlham Əliyev: "Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir"
"Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir".
AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib:
"Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir".
Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Prezident Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Şuşa Zirvə görüşü: Türk dünyasının mühüm platforma meydanı
İşğaldan azad olunan Füzulidə hansı quruculuq işləri aparılıb?
Prezident: "Astanadakı tədbirə dəvət ölkələrimiz arasında qardaşlıq münasibətlərindən xəbər verir"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident: "Bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıyıq"
Prezident İlham Əliyev: "Noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram"
İlham Əliyev: "Qazaxıstan, Qırğızıstan və Özbəkistanla fəal investisiya layihələri həyata keçirilir"
Prezident: "Dünyada artan təhdidlər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir"
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib