Əmək Məcəlləsinə edilən dəyişikliklər nəyi əhatə edəcək?
"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək Məcəlləsinə" dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir".
Bunu VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, qanuna əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq. Bununla da, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.
"Yeni dəyişikliklər əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək. Dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaq.
Buna əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq", - deyə V.Bayramov əlavə edib.
Deputat: "Dövlət hesabına yeni iş yerləri açılacaq"
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq
Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda şəhid ailələrinin hüquqları ilə bağlı YENİLİKLƏR
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir? - VİDEO