Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu Nqessoya təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Konqo Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb