İrevan Tv
CANLI TV

Siyasət
16 Avqust 2024
6

İlham Əliyev Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib



 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.


Bu barədə President.az xəbər verir.


Fərmana görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, AR Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.