İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az məlumat yayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
İndoneziya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra istiqamətlər üzrə əməkdaşlığımız üçün əlverişli imkanlar açmışdır. "ASAN xidmət" modelinin ölkənizdə uğurla tətbiqi və bu sahədə fəal əməkdaşlığımız məmnunluq doğurur.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq
Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi
Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev Gürcüstanın baş nazirini təbrik edib
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib