İrevan Tv
CANLI TV

Siyasət
18 Avqust 2024
8

Prezident DSX-nin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verdi



 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


Bu barədə President.az məlumat yayıb.


Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:


1) Polkovnik Bəhmən Rza oğlu Babayevə,

2) Polkovnik Əyyub Vəli oğlu Məmmədova,

3) Polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.