Meksika COP29-da iştirak edəcək
Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb:
"Meksika bu qlobal problemin həllində beynəlxalq əməkdaşlığın təşviqi üçün iştirak edəcək".
Səfir M.Talıbov öz növbəsində "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, o, H.Ernandesə dövlət başçısı İlham Əliyevin adından Meksika Prezidenti Klaudiya Şeynbaum Pardoya ünvanlanan COP29-da iştirakla bağlı rəsmi dəvət məktubunu təqdim edib.
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
COP29-la əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib
Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub