Prezident İlham Əliyev: “Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”
“Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söyləyib.
“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
İlham Əliyev İqor Babuşkini qəbul edib
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Bu şəxslərə 1000 manat yardım verildi
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?