Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
“Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi üzərində çalışılır”.
Bunu “Report”a müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.
O qeyd edib ki, Azərbaycana daxil olan malayziyalılar üçün də qarşılıqlı vizasız rejimin tənzimlənməsinə yönələn ikitərəfli sazişi yekunlaşdırmağa çalışırlar:
“Anlaşma Memorandumu imzalandıqdan sonra bu, iki ölkə arasında birbaşa uçuşların yolunu açacaq və turistlərin gəlişini artıracaq”, - diplomat qeyd edib.
Səfir Malayziyadan Azərbaycana səfər edən turistlərlə bağlı statistik məlumatları da bölüşüb:
“2021-ci ildə (yanvar-dekabr) Malayziyadan Azərbaycana gələn turistlərin sayı 522 nəfər təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 1060-a qədər yüksəlib və bu, 50 faizlik artım deməkdir. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycana 1 054 malayziyalı turist gəlib”.
Qeyd edək ki, hazırda Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim mövcuddur.
Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniyaya vizasız gedə biərlər.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
BTC kəməri ilə Türkiyəyə nəql edilən neftin miqdarında artım müşahidə olunub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar