Prezident İlham Əliyev yeni fərman imzaladı
Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb.
İrevantv.com AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Təhsil", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməlidir.
Növbəti ortamüddətli dövr (2025 - 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Səhiyyə", "Sosial müdafiə və sosial təminat", "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət" bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb ediləcək.
Nazirlər Kabinetinə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməsi, sektorlar üzrə strateji planların hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 5 ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsi, eləcə də Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünyanın ən böyük 50 adası - SİYAHI
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Bakıda Xalq artistinin Birinci Beynəlxalq Opera Festivalı keçirildi