İrevan Tv
CANLI TV

Siyasət
20 May 2024
3

Əli Əsədov İranın birinci vitse-prezidentinə başsağlığı verdi



 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.


Oxu.Az xəbər verir ki, məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.