Prezident təsdiqlədi: Bəzi şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər
Prezident İlham Əliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş vətəndaşlar, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş və ya qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışyaşlı vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər.
Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir. Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI