Daha bir qrup keçmiş məcburi köçkün Sus kəndinə qayıdır
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Laçın rayonunun Sus kəndinə yola salınıb.
Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.
Laçın rayonunun Sus kəndi bu gün əzəli sakinlərinin daha bir qrupunu qarşılamağa hazırlaşır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Sabah Şuşaya növbəti köç olacaq
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər-VİDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? - VİDEO