Şuşaya qayıdan sakin: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"
"İllərdir, bu günlərin həsrəti ilə yaşamışıq".
Bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Mobil Ərşad oğlu Quliyev deyib.
O qeyd edib ki, Şuşaya qayıdanda ən birinci şəhidlərin məzarlarını ziyarət edəcək:
"Ən böyük arzumuz Şuşamıza qovuşmaq idi, çox şükür ki, arzumuza çatdıq.
Bu illər ərzində Məhəmmədi qəsəbəsində fərdi evdə köçkünlük həyatı yaşamışıq. Amma bu gündən etibarən bizim üzərimizdən köçkün adı götürülür. Şuşaya çatan kimi birinci Şəhidlər xiyabanını ziyarət edəcəyəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola düşür. Bu mərhələdə daha 32 ailə (125 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.oxuaz//
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı
Daha bir qrup keçmiş məcburi köçkün Sus kəndinə qayıdır
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO