Gülnarə Məmmədova: "Şuşadan çıxanda uşaq idik, indi anlayırıq ki, Azərbaycan dövləti tarix yazır"
"Şuşadan çıxanda uşaq idik, nə baş verdiyini anlamırdıq. Amma indi başa düşürük ki, Azərbaycan dövləti bu gün tarix yazır".
Bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gülnarə Yusif qızı Məmmədova deyib.
O qeyd edib ki, artıq yataqxanada köçkünlük həyatları bu gün başa çatır:
"Bu illər ərzində Biləcəridəki yataqxanada köçkünlük həyatı yaşamışıq. Olmazın çətinliklərlə, həyatın amansız sınaqları ilə üz-üzə qalmışıq. Sinəmizdə 30 illik köçkün həyatı dağı bu günlərə çatmışıq. Şükür ki, bu gün yurdumuza qovuşuruq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 32 ailə (125 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin (349 nəfərin) daimi məskunlaşması təmin edilib.oxuaz//
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Şuşaya qayıdan sakin: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı
Daha bir qrup keçmiş məcburi köçkün Sus kəndinə qayıdır
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verilmədi" - VİDEO