Prezident İlham Əliyev Gürcüstanın baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir, təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Dost Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamış dost xalqlarımızın sarsılmaz iradəsindən və məramından qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin bu gün yeni vüsət alması, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.
Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə məktub göndərdi
Rusiya prezidenti azərbaycanlı həmkarını təbrik etdi
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - FOTO
İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO