İrevan Tv
CANLI TV

Siyasət
30 May 2024
4

Hikmət Hacıyev Türkiyə səfiri ilə müttəfiqlik əlaqələrini və regiondakı vəziyyəti müzakirə etdi



 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.


Oxu.Az-ın məlumatına görə, türkiyəli səfir bununla bağlı özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.


O, Hikmət Hacıyevlə görüşün səmimi şəraitdə keçdiyini vurğulayıb.


"Cənab Hacıyevlə həmişə olduğu kimi səmimi şəraitində keçən görüşümüzdə qardaş Azərbaycanla müttəfiqliklə bağlı məsələləri və regional prosesləri müzakirə etdik", - deyə diplomat qeyd edib.