Şuşa sakini: "Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək"
"Ömrümüzün ən gözəl çağları Şuşada keçib".
Bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Əli Kərimov deyib.
O qeyd edib ki, bu gün Şuşaya qayıdan həmyerlilərinin yurd həsrəti sona çatır:
"Bu illər ərzində Masazırda yerləşən Qurtuluş qəsəbəsində köçkünlük həyatı yaşamışıq. Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 15 ailə (57 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 105 ailənin (406 nəfərin) daimi məskunlaşması təmin edilib.OXUAZ//
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Gülnarə Məmmədova: "Şuşadan çıxanda uşaq idik, indi anlayırıq ki, Azərbaycan dövləti tarix yazır"
Şuşaya qayıdan sakin: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"
Xocalıya qayıdan sakin: "Belə gözəl sonluğu heç vaxt düşünməmişdim"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Daha bir qrup keçmiş məcburi köçkün Sus kəndinə qayıdır
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb