Ərdoğan Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
Bununla bağlı fərman "Resmi Qazete"də dərc olunub.
Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol" qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"i də təsdiqləyib.
Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Saziş, həmçinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası kontekstində iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi daşıyır.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi - FƏRMAN