İrevan Tv
CANLI TV

Siyasət
05 May 2024
27

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” adlı tədbir baş tutacaq



  

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpozium keçiriləcək.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev tədbirdə iştirak üçün mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.


Tədbir Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin təşkilatçılığı ilə həyata keçiriləcək.