Ceyhun Bayramov Almaniyada Ukraynanın Bərpa Konfransında çıxış edib
Azərbaycanınnın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, çıxışda Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, reabilitasiya proqramları və aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib, ölkəmizin bundan sonra da öz müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulanıb.
Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov, ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.
Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.
İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyi, Ukraynaya minatəmizləmə sahəsində yardım edildiyi bildirilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Hikmət Hacıyev: "Oyun bitdi, Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb"
Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb