İrevan Tv
CANLI TV

Siyasət
17 İyun 2024
9

Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər



 

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.


AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.


Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.


Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.