İlham Əliyev İqor Babuşkini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
İrevantv.com Azertac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Buna səbəb kimi, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın effektiv nəticələri göstərilib.
Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya etdiyi səfərə istinad olunaraq, sözügedən səfərin iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələrdən danışılıb. Dövlətimizin başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü məsələsinə toxunub. Görüş zamanı tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirib. Bunun qarşılıqlı əlaqələrin səmimiliyini nümayiş etdirdiyini və qürur hissi doğurduğunu qeyd edib.
Eyni zamanda, Həştərxan vilayətinin qubernatoru İlham Əliyevi Prezident seçkilərində inamlı qalib gəlməsi münasibətilə təbrik edərək, bu qələbəni Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirib.
Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib.
İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edərək bununla bağlı hazırlanmış xatirə foto-albomunu Prezident İlham Əliyevə təqdim edib.
Ölkəmizin rəhbəri Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasındakı dostluğun əksi kimi dəyərləndirdiyini ifadə edib.
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan "Xəzər - Dostluq dənizi" devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını bildirib.
Eyni zamanda, söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunulub.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Ağrı hissi keçicidir
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası məsələsinə toxunulub
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"
Neftçilərə yeni mənzillər təqdim edildi