DYP sürücülərə müraciət ETDİ
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət etdi
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
İyulun 11-nə gözlənilən hava proqnozu AÇIQLANDI
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
İyulun 6-da 39 dərəcə isti olacaq